Narkomaniyaya yox deyək!

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmışdır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Bu məqsədlə məktəbimizdə müntəzəm olaraq  maarifləndirici tədbirlər həyata keçirilir. 07.05.2025-ci il tarixdə keçirilmiş "Narkomaniyaya yox deyək!" adlı dərsdə 9-cu siniflərdə təhsil alan oğlan şagirdlərimizlə söhbət aparıldı, maarifləndirici videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi