" Qərbi Azərbaycana qayıdış " olimpiadası

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə " Qərbi Azərbaycana qayıdış " olimpiadası təşkil olunmuşdur. IX və X sinif şagirdlərinin iştirakı nəzərdə tutulmuş olimpiadanın ilkin mərhələsi mayın 3-də baş tutacaqdır. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərinin aparılması və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Məktəbimizin tarix müəllimi Röyalə Quliyevanın rəhbərliyi ilə olimpiadada iştirak edəcək şagirdlərimizə uğurlar arzulayırıq.