"II Məntiq Olimpiadası" keçirildi

Ümumtəhsil müəssisələrinin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq,bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada,müsabiqə,yarışlarda iştirak təcrübəsini artırmaq,istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq,onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə Bakı şəhəri ümum təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında 2017-ci ilin 01 aprel-06 may tarixində "Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası"keçirildi.Məktəbimizdən bu yarışda 5a,5b,5c,5ç,6a,6c,6ç sinifindən şagirdlər iştirak etmişdi.