Qədim tarixi abidələrimiz

"Dəyərlərimizi qoruyaq "layihəsi çərçivəsində tədbirlər planına əsasən ekskursiyalarımız davam edir. Bu dəfə 5ç sinif şagirdləri sinif rəhbəri Xəyalə Abbasovanın təşkilatçılığı ilə İçərişəhərdə, Şirvanşahlar sarayında və Qız qalasında oldular. Qədim tarixi abidələrimizlə yaxından tanış olan şagirdlərimizə doğma Bakımızın tarixi barədə ətraflı məlumat verildi. Ekskursiya zamanı şagirdlərimiz  Şirvanşahlar sarayının yaxınlığında yerləşən Miniatür Kitab Muzeyində də oldular. 2002-ci ildə təsis edilmiş muzeyin vitrinlərində yerləşdirilmiş dünyanın 60-dan çox ölkəsində nəşr edilmiş minlərlə kitab şagirdlərdə maraq yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi