Dəyərlərimizi qoruyaq

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş 01.04.2025-ci il tarixli 3-29-59/3-2-150F/2025 nömrəli əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Təhsil müəssisələrində 2025-ci ilin mart-dekabr aylarında "Dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirilir. Bu layihənin icrası ilə bağlı təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq məktəbimizdə tədbirlərə start verilmişdir. Həmin tədbirlər çərçivəsində 6ç sinif şagirdlərimiz üçün ekskursiya təşkil olundu. Ekskursiya zamanı şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş Hərbi Qənimətlər Parkına, Bakı şəhərinin qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi olan Qız qalasına səyahət etdilər, Bakı Zooloji Parkında oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi