Fəzail Qədimovun şəhidlik zirvəsinə ucalmasının ildönümü
Məktəbimiz şəhid Fəzail Qədimovun adını daşıyır. 17.01.1994-cü il tarixdə Fəzail Qədimovun şəhidlik zirvəsinə ucalmasının ildönümünə həsr olunmuş tədbir keçirildi. Şəhidimizin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə dövlət himnimiz səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhid Fəzail Qədimovun döyüş yolu barəsində danışıldı, şagirdlərimiz tərəfindən bədii hissə nümayiş etdirildi. Şəhidimizin əziz ruhuna həsr olunmuş xatirə lövhəsinin önünə qərənfillər qoyuldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.