"BilBacar" müsabiqəsinin növbəti mərhələsi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2024/2025-ci tədris ilində VIII, IX və X siniflər üzrə təhsil alan şagirdlər arasında keçirilən "BilBacar" müsabiqəsinin növbəti mərhələsi baş tutdu. 2024-cü ilin oktyabr ayından etibarən başlayan və ümumilikdə 9 ay davam edən müsabiqənin məqsədi VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir. 2 mərhələdən ibarət olan "BilBacar" müsabiqəsində məktəbimizin coğrafiya müəllimi Yasəmən Hüseynovanın rəhbərliyi ilə 95 nəfər şagirdimiz iştirak edir. Müsabiqəyə qatılan şagirdlərimizə uğurlar arzu edirik.