8 noyabr-Zəfər Günü
07.11.2024-cü il tarixdə şəhid Fəzail Qədimov adına 222nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Məktəbimizin direktoru Aynur Abdullayeva çıxış edərək tədbir iştirakçılarını təbrik etdi.