Yaşıl dünya naminə həmrəylik ili
Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" layihəsi həyata keçirilir. Ekologiya aylığı çərçivəsində məktəbimizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərimizin maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür.