Pedaqoji şura iclası
Növbəti pedaqoji şura iclası keçirildi. İclasda məktəbdə normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, təhlükəsizlik mühitinin yaradılması mövzusunda müzakirələr aparıldı.Şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan sərbəst hiss etmələri üçün görüləcək maarifləndirmə tədbirləri müəyyən olundu.