Füzuli dünyası
19.04.24-cü il tarixində məktəbimizin ədəbiyyat müəllimi Zülfiyyə Şirinova tərəfindən
10a sinif şagirdləri ilə M.Füzulinin 530 illik yubileyi ilə əlaqədar "Füzuli dünyası" adlı dəyirmi masa keçirildi. Füzulinin həyatı, zəngin bədii yaradıcılığı haqqında məlumat verildi . Daha sonra şagirdlər "Leyli və Məcnun" əsərini təhlil etdilər, Leyli və anasının dialoqundan bir parçanı canlandırdılar.