Peaqoji şura iclası

2023/2024- cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi.İclasda 1-ci yarımilin hesabatları dinlənildikdən sonra aşağıdakı məsələlərə toxunuldu:
- təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb
psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin
(kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
- şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin
gücləndirilməsi;
- müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
- sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
- ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;
- görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və sosial şəbəkələrdə işıqlandırılması;
- müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
- fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi