"Heydər Əliyev ili" çərçivəsində keçirilən dəyirmi masa

"Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirlər sırasında məktəbimizin uşaq birliyi təşkilatının rəhbəri İlahə Mürsəliyeva məktəb kitabxanasında dəyirmi masa keçirdi. Dəyirmi masa arxasında şagirdlərlə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə söhbət aparılmış, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi liderin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rolu olduğu qeyd olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi