Ümumbəşəri bəla-insan alveri

24.11.2023-cü il tarixdə məktəbin 10a sinif şagirdləri ilə "Ümumbəşəri bəla- insan alveri" mövzusuna həsr olunmuş sinif təşkilat saatı keçirildi.Sinif rəhbəri Zülfiyyə Şirinova insan alveri, onun qurbanları, cəlbedilmə yolları haqqında maarifləndirici söhbət apardı. Söhbət zamanı bütün dünya ölkələrində, eləcə də, respublikamızda insan alverinə qarşı mübarizə aparılmasının diqqət mərkəzində olması qeyd edildi. Azyaşlı uşaqların təhsildən yayınması, insan alveri qurbanlarına çevrilməsinin qarşısının alınması da əsas məsələ kimi vurğulandı. Söhbətin sonunda mövzu ilə bağlı sənədli film izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi