Kiçik Akademiya təqdimatları
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 23.05.2023-cü il tarixdə 228 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı Qaradağ rayon konfransı keçirildi.Qaradağ rayon məktəblərinin Kiçik Akademiyalarının müxtəlif bölmələrindən olan akademistlərin və onların elmi rəhbərlərinin iştirak etdikləri konfransda 8-ci sinif şagirdimiz Rəşidova Dəniz Cəlal qızı "Toxumun tərkibində üzvi və qeyri-üzvi maddələrin təyin olunması" mövzusunda elmi-praktik işini təqdim etdi.