Ulu Öndərin ölməz xatirəsi
Ulu Öndər Heydər Əliyevin ölməz xatirəsini yad etmək,onun zəngin siyasi irsini həyat və fəaliyyətini təbliğ etmək məqsədilə tədbirlər planında təsdiq edilmiş şəkildə bu gün məktəbimizin ibtidai sinif müəllimi Hacıyeva Səbinə,uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Könül İsmayılova və UBTR-i Mürsəliyeva İlahənin təşkilatçılığı ilə 4C sinfinin tədbiri baş tutdu.
Tədbir sinif rəhbərinin açılış nitqi ilə başladı. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan himni səsləndirildi. Şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.