9 Noyabr Bayraq Günü

Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim!
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Bu gün artıq qürur mənbəyimiz olan bayrağımız işğaldan azad edilmiş Zəngilanda, Qubadlıda,Füzulidə, Cəbrayılda, Laçında və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi,Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.