Məktəbimizin məzunu olmuş qazi Əhmədov Saməddin ilə görüş.

"Ölüm bizə bir nəfəs qədər yaxın olsa da, əsas hədəfimiz doğma torpaqlarımızı azad etmək idi" -deyən vətənimizin mərd oğullarından biri də məktəbimizin məzunu olmuş Əhmədov Saməddin Həmid oğlu idi.Vətən,torpaq uğrunda iki gözünü və bir ayağını qurban etmiş Saməddin oxuyub bitirdiyi Bakı şəhər Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəb tərəfindən "8 Noyabr Zəfər Günü" ərəfəsində öz evində ziyarət edildi. Onun ziyarətinə məktəbin direktoru Abdullayeva Aynur,məktəbin hərbi rəhbəri Elnur Nəsibov, təşkilati işlər üzrə direktor müavini Könül İsmayılova, uşaq birliyi rəhbəri İlahə Mürsəliyeva və igidliyi canlı nümunəsindən görüb örnək almaq istəyən məktəbin şagirdləri getmişdilər.
Məktəb rəhbərliyi Saməddinin hər zaman yanında olduğunu,onun igidliyi ilə qürur duyduğunu vurğuladı. Və belə oğul yetişdirdiyi üçün ailəsinə təşəkkür etdi.
Məktəbin istedadlı şagirdi Saməddin üçün "İgid əsgər,möhkəm dayan" mahnısını ifa etdi. Sonda xatirə fotosu çəkildi.