Dahi sənətkar -Nizami Gəncəviyə həsr edilmiş rəsm müsabiqəsi

2016-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illiyi tamam olmuşdur.Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. 222 saylı məktəbdə Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsi keçirilmişdir.Bu müsabiqədə şagirdlər öz təxəyyül və yaradıcılıq qabiliyyətlərini əks etdirmişlər.