31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Təqdim olunan videoçarxda Azərbaycan dili və Ədəbiyyat müəllimi İbrahimova
Tamaranın rəhbərlik etdiyi 5a sinfi 44 gündə öz xəyalını gerçəkləşdirən və həm-
rəyliyini bütün dünyaya sübut edən qəhrəman xalqımızı 31 Dekabr-Dünya Azər-
baycanlılarının Həmrəyliyi Günü münasibətilə gözəl şeirlərlə təbrik edir. Söyləni-
lən şeirlər sırasında Mirəli Vəkiloğlunun "Həmrəylik bayramın mübarək olsun!",
Tofiq Bayramın "Azərbaycan deyəndə!", Nəriman Həsənzadənin "Azərbaycan"
adlı şeirləri yer tutur.