Şahmat yarışındakı uğurumuz

       18-20 oktyabr tarixində Milli Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirildi.Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu yarış Chess Master Şahmat klubunda keçirildi.Yüzə yaxın güclü şahmatçıların dəvət aldığı bu yarış uğurla başa çatdı.

       Xətai rayonu 221 saylı məktəbin 7b sinif şagirdi Nuray Məmmədzadə və 2b sinif şagirdi Əliyeva Lətifə bütün rəqiblərinə qalib gələrək 1-ci yerin sahibi oldular.Gərgin və 9 oyundan ibarət olan bu yarışda güclü məntiq və bacarəqları sayəsində qalib olub ,yeni yarışa vəsiqə qazandılar.Şahmat üzrə üçüncü dərəcəni yüksək balla qazanaraq ,2 dərəcə uğrunda olacaq yeni yarışa vəsiqə qazandılar.Uğur və yüksəliş yolunda şagirdlərimizə uğurlar arzulayırıq.Şahmat müəlliməsi Nailə Məmmədova şagirdlərinin yeni yarışda  uğurlu iştirak etmələri üçün məşqlərini həvəslə davam elətdirir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi