Məktəbdə valideynlərin səyyar qəbulu keçirildi

Mayın  31-də 221 nömrəli tam orta məktəbdə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Nərgiz Səfərova, BŞTİ-nin 4 saylı Xidmət və əməliyyat mərkəzinin müdiri Bacıxanım Novruzova, BŞTİ-nin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi (Xətai rayonu üzrə kurator) Fərman Abdullayev, BŞTİ-nin İnsan resursları sektorunun baş məsləhətçisi (Xətai rayonu üzrə kurator) İlahə Talıbova BŞTİ-nin 2 saylı Xidmət və əməliyyat mərkəzi, təsərrüfat qrupunun rəisi Əli Abdullayev  iştirakı ilə valideynlərin səyyar qəbulu keçirildi.

Məktəbdə keçirilən səyyar  qəbul zamanı müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş,  problemli məsələlər qeydə alınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi