Mir Cəlal Paşayevin 111 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

           Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün qeyd olunması məqsədi ilə Təhsil Naziri Ceyhun Bayramovun “Oxu Günü” tədbirinin keçirilməsi haqqındakı əmri nəzərə alaraq Xətai rayon 221 nömrəli məktəbdə görkəmli alim,Mir Cəlal Paşayevin anım gününə həsr olunmuş tədbir keçirildi.

            1d sinfinin rəhbəri Leyla Maqsudovanın hazırladığı bu tədbirdə dahi Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlar verildi.Şagirdlərin ifasında onun əsərlərindən ibarət kiçik səhnəciklər də nümayiş olundu.

           Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi ilə yanaşı  Təhsil Şurası İctimai Birliyinin sədr müavini  Ülviyyə Əjdərqızı, Təhsil Şurasının Nəzarət Təftiş Komissiyasının sədri  Arif Gürşadoğlu, Azərbaycan Tarix Muzeyinin Xarici əlaqələr və elmi  kütləvi iş şöbəsinin əməkdaşı  Zümrüd İsmayılova, aktyor  Elçin Muradov  və tanınmış şair Cığatel İsaqızı və digər qonaqlar da iştirak etdilər.

                                 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi