Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi

Ümummilli liderimizin həyat fəlsəfəsi - onun müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və inkişaf etdirilməsi məsələlərindəndir.
Belə ki, H. Əliyev dəhası bütöv Azərbaycanı işıqlandırırdı. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsus idi.O, Azərbaycan deyilən bir zirvənin məğrur qartalı idi.

10 may 2019-cu  il tarixdə 221 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar olaraq  tədbir keçirildi.Milli  dövlətçiliyimizin əsaslarının Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulandı.Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai  və sosial potensialı  məhz Heydər Əliyevin uzaqgörənliyi  sayəsində yarandığından söz açıldı.Məktəbin 1”a” şagirdləri sinif  müəllimi  Afət Şükürovanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib mahnılar ifa etdilər .

Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş tədbirdə məktəbin direktoru Fikrət Xəlilov  və valideynlər  iştirak etmişdir.

Sonda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş  videoçarx  göstərildi  və əl işi,fotolar nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi