12 Aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

        1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. «Vostok» kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov  əyalətində yerə enib.SSRİ Ali Sovetinin 9Aprel 1962-ci il tarixli qərarı ilə 12Aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib.

         Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən işlənib hazırlanan "STAR-2" platforması əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir.
Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım  xidməti  göstərir.
      "Azerspace-1" peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunub. Artıq dünya kosmik sənayesinin bir üzvünə çevrilən ölkəmiz kim bilir bəlkə də, yaxın gələcəkdə həm də təcrübəli kosmonavtları ilə tarix yazacaq.

        Kosmonavtika günü münasibətilə Xətai rayonu 221№li məktəbdə

 məktəbin fizika müəllimi Tatyana Şexovtsevanın  şagirdləri ilə birgə hazırladıgı divar qəzetləri və dünya kosmonavtlarının şəkillərindən ibarət sərgi təşkil olundu.

 Sərgi şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi