Aprel şəhidləri-Şəhidlər unudulmur

1994-cü il may ayının 12-dən qüvvədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mövqelərimizə atəş açır, dinc əhaliyə, yaşayış yerlərinə zərər vururlar. 2016-cı il aprel ayının 2-də düşmən növbəti təxribata əl ataraq yenidən mövqelərimizə hücuma keçmişdir.

Azərbaycan ordusu bu hücumun qarşısını almaq üçün əks hücumla bir sıra məntəqələri və yüksəklikləri azad etmişdir. Geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancmışdır. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

04.04.2019-cu il tarixində məktəbimizdə aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. 9ç sinif şagirdlərinin hazırladığı bu tədbirdə şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər, mahnılar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi