“Xitablar” mövzusunda açıq dərs keçirildi

02.04.2019-cu  il  tarixində  8a sinfində Laləzar İsmayılovanın   Azərbaycan dili və ədəbiyyat   fənnindən “Xitablar” mövzusunda açıq dərs keçirildi. Dərs təlim standartlarına uyğun olaraq elektron  lövhədə aparılmışdır.Müəllim qrup işi təşkil etmiş və  qrupları “Humanistlik”, “Keyfiyyətlilik”, “Bərabərlik”, “Varislik”,  “Demokratiklik” adlarını verərək təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini vurğulamışdır.     

                 Dərs zamanı qruplara təqdim olunan tapşırıqlar bədii nümunələrdən seçilmişdir.Motivasiya “Ögey ana” filmindən fraqmentlə başlamışdır. Şagirdlərin dərsə,Azərbaycan dili və ədəbiyyat  fənninə göstərdiyi maraq rəğbətlə qarşılanmışdır.

8a sinfində Laləzar İsmayılova tərəfindən hazırlanmış  açıq dərs, dərsi dinləyən  məktəb rəhbərliyi   və  fənn müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və  lazımi tövsiyələr verilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi