31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında  Bakı şəhərində və eləcə də Şamaxı,Quba,Xaçmaz,Lənkaran,Qarabağ,Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişdir.Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş,kəndlər yandırılmış,milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin  26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart  Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.Həmin ildən 31 mart soyqırımı ilə əlaqədar dövlət səviyyəsində bir çox tədbirlər görülür.

Məktəbdə 31 mart soyqırımının anım mərasimi keçirilmişdir.Məktəbin 8a sinif  şagirdləri tərəfindən hazırlanmış tədbirdə  məktəbin direktoru,müəllimlər və şagirdlər iştirak etmişdir.Tədbirdə çıxış edənlər 31 mart soyqırımını törədənləri,onlara dəstək verənləri lənətləndiklərini bildirmişlər.

Anım mərasiminin sonunda məktəbin direktoru Fikrət Xəlilov tədbirin təşkilatçısı Şahnaz  Əhmədovaya  və  8a sinfinin şagirdlərinə təşəkkürünü bildirmişdir.  

Tədbirdə soyqırım qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi