Yurdumuza bahar gəlir

Novruz bayramı xalqımızın milli bayramıdır. Xalqımız bu bayramı hər zaman böyük sevinclə qarşılayır və qeyd edir. Hər il olduğu kimi bu il də məktəbimizdə Novruz bayramı münasibətilə tədbir təşkil olundu.

2b sinfinin rəhbəri Sevda Hüseynovanın hazırladığı tədbirdə şagirdlər Novruzun çərşənbələrinə aid tapmacalar, atalar sözləri və bayatılar səsləndirdilər. Tədbirdə Novruza xas bütün atributlar var idi. Kosa və Keçəlin çıxışları hamının sevincinə səbəb oldu. Usaqlar bir- birindən gözəl rəqslər də nümayiş etdirdilər.

Sonda məktəbin direktoru Fikrət Xəlilov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi