8 Mart-Beynəlxalq Qadınlar Günüdür

       

8 Mart-iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Milli əxlaqi dəyərlərimiz, adət-ənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.

07.03.2019-cu il tarixində məktəbin 9b sinif şagirdlərinin hazırladığı “8 Mart-Beynəlxalq Qadınlar Günü”-nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında şeirlər, səhnəciklər və mahnılar səsləndirildi. Şagirdlərin mükəmməl çıxışı tədbir iştirakçılarına xoş təsir bağışladı.

Tədbirin sonunda məktəbin direktoru Fikrət Xəlilov cıxış edərək məktəbin bütün qadın kollektivini bayram münasibəti ilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi