Narkomaniyaya yox deyək

        14 fevral 2019-cu il tarixində məktəbimizdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. İlk öncə məktəbin direktoru Fikrət Xəlilov tədbirdə iştirak edən qonaqları təqdim etdi və sonra tədbirin mahiyyətindən söhbət açdı. O, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən və bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs etdi.

           Sonra qonaqlardan Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, polis polkovnik-leytenantı İdris Məhərrəmov, Yol Polisi şöbəsinin inspektoru polis mayoru Fərid Əhədov çıxış edərək narkomaniya ilə mübarizənin tarixi köklərindən və ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verərək, məktəbin müəllim və şagird heyətinə narkomaniyanın gətirdiyi bəlalardan, onun istifadəçilərinin qarşılaşdığı faciələrdən danışdılar. Onlar öz çıxışlarında “Dini radikalizmin fəsadları” və “Yol hərəkəti təhlükəsizliyi” məsələlərinə də toxundular.

            Bu tədbirdə şagirdlərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verildi. Onlara sağlam həyat  tərzinin üstünlükləri  çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi