Qanlı yanvar

                Məktəbdə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə  əlaqədar tədbir keçirildi.Tədbirdə keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyat keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu vurğulandı.Ölkəsinin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış vətənpərvər  insanların onları qorumalı olan sovet əsgərləri tərəfindən amansızlıqla qətlə yetirilməsi haqqında şagirdlərə məlumat verildi.

                Səfayə Məhərrəmovanın  hazırladığı bu tədbirdə məktəb şagirdləri   20 yanvar faciəsi zamanı şəhid olmuş məktəbli şagirdlər İlqar  İbrahimov ,Larisa Məmmədova  və şəhid tələbə  Ülvi Bünyazdazə haqqında şerlər söylədi.

                 Şagirdlər tərəfindən təqdim olunan bədii nümunələrdə şəhidlərin əziz xatirəsinin əbədi olduğu və heç zaman unudulmayacağı bir daha vurğulandı.

                 Tədbirdən bir  gün əvvəl məktəbin şagirdləri  və müəllimi kollektivi ilə birgə  birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişlər.Tədbir sonunda  20 yanvar faciəsinin 29-cu ildönümü ilə  əlaqədar videoçarx nümaiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi