“Təbiəti qoruyaq” adlı fərdi sərgisi keçirildi

Məktəbin 10-cu sinif şagirdi Aytən Məmmədovanın məktəbdə  “Təbiəti qoruyaq” adlı fərdi sərgisi keçirildi .

Sərgidə şagirdin müxtəlif mövzularda 20-dən çox rəsm əsəri nümayiş olundu. Tədbirdə məktəbin direktoru, müəllim və şagirdlər də iştirak edərək, Aytən Məmmədovanı təbrik edib,ona yaradıcılıq uğurları arzuladılar.

 Məktəbin direktoru Fikrət Xəlilov çıxış edərək A.Məmmədovaya və sərginin təşkil edilməsində böyük səyləri olan rəsm müəllimi Nəcibə Heydərovaya şagirdə göstərdiyi diqqət və qayğıya  görə təşəkkürlərini bildirdi.

Qeyd edək ki, A.Məmmədova Xətai rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Azərbaycan gəncləri narkotiklərə yox deyir” adlı rəsm müsabiqəsində fərqlənmə diplomu ilə təltif edilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi