"Muğan"mövzusunda açıq dərs keçirildi

      05.11.2018 tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədli Lalə Azərbaycan dilindən "Muğan"mövzusunda açıq dərs keçirmişdir.Müəllim motivasiya olaraq B.Vahabzadənin "Mənim dilim" şeirini seçmişdir,tədqiqat sualları mövzuya uyğun seçilmiş və həm şagirdlərin,həm də dinləyən müəllimlərin marağına səbəb olmuşdur.Tədqiqat zamanı "Şirin dil" musiqisi səsləndirilmişdir.Şagirdlərin cavabı və sinfin dərsə hazırlıq səviyyəsi hər kəs tərəfindən yüksək qiymətləndirilmişdir.Məktəbin direktoru Fikrət Xəlilov maraqlı dərs üçün müəllimi və şagirdləri təbrik etmiş,dilimizin saflığı,qorunması üçün bu cür dərslərin tez-tez keçirilməli olduğunu vurğulamışdır,iştirak edən müəllimlər də dərs haqqında rəy bildirmiş və dərsin vaxt bölgüsü və  toxunulan məsələlərin aktuallığından razı qaldıqlarını qeyd etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi