Dövlət Bayrağı Günü tədbiri keçirildi

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs bayrağımız bizə əcdadlarımızın ən dəyərli hədiyyəsidir.Dövlət bayrağımız Azərbaycan dövlətinin ərazi bütövlüyü və toxunulmazlığının,dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin,vahidliyinin,bölünməzliyinin simvoludur.                                                                          

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Məktəblərdə Azərbaycan müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır.Mən bunu tək məktəblər üçün demirəm ,bütün cəmiyyət üçün deyirəm.Ancaq cəmiyyətdə hər şey məktəbdən,təhsildən başlayır”.

9 noyabr respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi,bizim məktəbimizdə də “Dövlət Bayrağı Günü” keçirilmişdir.Məktəbdə  təşkil edilən  tədbirdə məktəbin direktoru Fikrət Xəlilov ,müəllimlər ,şagirdlər və valideynlər iştirak etmişdir.Yüksək səviyyədə keçirilmiş tədbirdə bağrağımız dövlətimizin şərəf və ləyaqətinin ,sarsılmazlıq və yenilməzliyinin rəmzi kimi tərənnüm edilmişdir. “Üç rəngdədir bayrağımız, Qalxan bayraq enən deyil !” -söyləyən şagirdlərin çıxışları alqışlarla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi