12-ci Beynəlxalq Təhsil sərgisi keçirildi

Dünyanın 12 ölkəsindən  130-dan çox iştirakçının bir araya gəldiyi  12-ci Beynəlxalq Təhsil sərgisinə Azərbaycanın 18 ali təhsil müəssisəsi də  qatılmışdır.

Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri iştirak edərək şagirdləri maraqlandıran sualları cavablandırmış ,şagirdlərin gələcək təhsil həyatına müsbət təsir göstərəcək tövsiyələr verilmişdir.

Hal-hazırkı dövrdə təhsil alan şagirdlərin inkişafına yalnız məktəbdə nail olmaq mümkün deyil.Şagirdlərin məktəbdənkənar  təhsil üzrə müxtəlif  fəaliyyətlərə cəlb edilməsi,onların fiziki və mənəvi cəhətdən sağlam insan olmasına xidmət etdiyi kimi,hər zaman vətəninin mənafeyini güdən  şəxsiyyət tək  formalaşmasında da  bu cür sərgilər mühüm əhəmiyyət daşıyır.

Sərgi şagirdlərimizin gələcəyə baxışına və gələcək ixtisas seçiminə çox yüksək təsir etdi.Şagirdlər sərgidən yüksək əhvaliruhiyə ilə ayrılaraq razı qaldıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi