“Bilik günü” qeyd olundu

 

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün “Bilik Günü” elan edilmişdir.

15 sentyabr  respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbimizdə də “Bilik Günü” tədbiri keçirilmişdir.Tədbirdə  birinciləri  təbrik etmək üçün müəllimlər,şagirdlər və valideynlər iştirak etmişdir.Öncə məktəbin direktoru Fikrət Xəlilov  birinci sinif şagirdlərini təbrik edərək onlara təhsil həyatında müvəffəqiyyətlər arzuladı.Tədbirdə iştirak edən Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Aygün xanım da öz ürək sözlərini bildirdi,şagirdlərə səbirsizliklə gözlədikləri təhsil həyatının  çətin maneələrini uğurla  aradan qaldırmağı arzuladı.Birinciləri təbrikə 4a sinif şagirdləri “Dostluq nəğməsi” ilə qoşuldular.

Ötən il məktəbi müvəffəqiyyətlə bitirən və yüksək balla Respublikanın ali təhsil məktəblərinə daxil olan məzunlar da birinciləri təbrikə gəlmişdirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi