1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi

Bakı şəhəri 221 saylı tam orta məktəbdə  1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru Fikrət Xəlilov,Təhsil Şurası idarə heyətinin üzvləri peedaqogika üzrə elmlər doktoru, akademik  Hümeyir  Əhmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim Nəcəf  Nəcəfov, Təhsil Şurasının İcra Aparatının rəhbəri Arif İbrahimov, məktəbin müəllim və valideyn kollektivi iştirak edirdi.Tədbiri  4b sinfinin rəhbəri Z.Qənbərova açaraq qonaqları salamladı, uşaqlara arzularını bildirdi. Daha sonra sözü şagirdlərə verdi. Tədbir həm Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdu, həm də hesabat xarakteri daşıyırdı. Şagirdlər 4 il ərzində öyrəndiklərini nümayiş etdirdilər. Onlar bütün fənlər üzrə biliklərini, bu 4 il ərzində əldə etdikləri uğurları, incəsənətin müxtəlif sahələrində olan bacarıqlarını nümayiş etdirdilər.Şagirdlərin çıxışları böyük maraqla qarşılandı.Şagirdlərin əl işlərini və indiyə kimi qazandığqları nailiyyətləri əks etdirən sərgi qonaqların  və valideynlərin marağına səbəb oldu .

Şagirdlər dünya  xalqlarının  həmrəyliyinə  çağırış nidaları ilə uşaqların xoşbəxtliyinə nail olmağın, rahat gələcəyin təmin olunmasının mümkünlüyünə  inandıqlarını əks etdirdirən çıxışlar etdilər.Dünya xalqlarının rəqslərini çox böyük şövqlə oynadılar.

Sonda qonaqlar  çıxış edərək uşaqları təbrik etdilər. Onlara təhsilin növbəti pillərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi