Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş “100 oldun 1000 yaşa” adlı tədbir keçirildi

              Bakı şəhəri 221 nömrəli tam orta məktəb də  24 may 2018-ci  il tarixində  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş “100  oldun  1000 yaşa” adlı tədbir keçirildi.                                      Məktəbin 7”c” şagirdləri sinif rəhbəri Pərvanə Səmədovanın  rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş tədbirdə Cümhuriyyətin yaranma tarixindən söz açıb ,mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığından bəhs etdilər. Cümhuriyyət parlamentinin 23 aylıq  fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdiyini qeyd etdilər.                                                                                                                             

             Bu tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası haqqında danışmaq da  unudulmadı.                                                                                                                                                                               

              Məktəbdə keçirilən tədbirdə şagirdlər şeirlər söyləyib mahnılar da  ifa etdilər.Tədbir boyunca Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş  video çarx nümayiş etdirildi. 

              Tədbirin sonunda məktəbin direktoru Fikrət Xəlilov çıxış etdi və şagirdlərə öz təşəkkürünü bildirdi.                                

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi