Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi

10 may 2018-ci il tarixdə 221 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq  tədbir keçirildi.

Milli  dövlətçiliyimizin əsaslarının Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulandı.Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai  və sosial potensialı  məhz Heydər Əliyevin uzaqgörənliyi  sayəsində yarandığından söz açıldı.Məktəbin 1”b” şagirdləri sinif  müəllimi Sevda  Hüseynovanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib mahnılar ifa etdilər .

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbirdə məktəbin direktoru Fikrət Xəlilov ,Xətai Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov  və valideynlər  iştirak etmişdir.

Sonda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş  videoçarx göstərildi  və əl işi,fotolar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi