“Təhsildə keyfiyyət ili” çərçivəsində açıq dərslər keçirildi

      05.03.2018-ci il tarixdə Bakı şəhəri  221 nömrəli tam orta məktəbdə  “Təhsildə keyfiyyət ili” çərçivəsində açıq dərslər keçirildi.Məktəbin riyaziyyat müəllimi Şahnaz Əhmədovanın 7a sinfində “Düz xətlərin paralelik əlamətləri”,informatika müəllimi İlahə Həmidovanın 5 b sinfində “Alqoritm və onun  növləri”,fizika müəllimi Aynurə Alıyevanın 8b sinfində “Cismlərin elektriklənməsi,elektrik yükü”,təsviri incəsənət müəllimi  Səfayyə Məhərrəmovanın 8ç sinfində “Azərbaycan Rəssamları Böyükağa Mirzəzadə Füsnkar rənglər dünyası” mövzularında dərslər dinlənildi.

    Təcrübə mübadiləsi ilə əlaqədar dinlənilən dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinini nəznində Təlimə Dəstək Mərkəzinin direktor müavini Züleyxa Ələkbərova,mərkəzin əməkdaşları Abdulla Qəhrəmanov,Fəzail Məmmədov,Roza Rüstəmova iştirak etdi.Eyni zamanda dərslərdə 221 nömrəli  tam orta məktəbin müəllimləri ilə birlikdə  257 nömrəli, 265 nömrəli məktəblərdən dəvət olunmuş ixtisas müəllimləri iştirak etdilər.

    Dinlənilən dərslər barəsində digər məktəblərdən dəvət olunmuş təcrübəli müəllimlərin və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarının fikirləri dinlənildi təcrübə mübadiləsi işgüzar səviyədə aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi