“Xocalı əsrin faciəsidir” mövzusunda tədbir keçirildi.

23.02.2018-ci il tarixində məktəbdə  “Xocalı əsrin faciəsidir” mövzusunda tədbir keçirildi.

Tədbirdə məktəbin direktoru Fikrət Xəlilov 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə  Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin mühasirəyə alınması  və  Azərbaycan xalqına qarşı soyqırımın törədilməsi barəsində ətraflı məlumat verdi.

Xocalı soyqırımı nəticəsində 63-uşaq,106-sı qadın,70-i qoca olmaqla,613 Xocalı sakini qətlə yetirilib,8 ailə tamamilə məhv edilib,25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla,487 nəfər yaralanıb.1275 nəfər əsir götürülüb.Əsir götürülənlərdən 15-i nəfərinin,o cümlədən  68 qadın və 26 uşağın  taleyi bu günədək məlum deyil.

Məktəbin tarix müəllimləri Nuriyyə Xələfova,Rühəngiz Hüseynova və ingilis dili müəllimi Pərvanə Səmədovanın birgə hazırladıqları ssenari əsasında  məktəbin şagirdləri 26 il əvvəl Xocalıda  erməni silahlılarının  rus ordusunun əsgərləri ilə birlikdə xalqımıza qarşı törətdikləri  insanlığa sığmayan vəhşiliklər barədə çıxışlar etdi.Tədbirdə vurğulandı ki, yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlanenti  tərəfindən ilk olaraq bu faciəyə siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü kimi  qeyd edilir.

Tədbirdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən insanlığa sığmayan vəhşilikləri göstərən videoçarx  nümayiş etdirildi.Tədbirin sonunda şagirdlərin nikbin ruhda olan çıxışlarında Azərbaycanın bu günkü qüdrətli ordusu tərəfindən Xocalı şəhidlərinin qisası alınacaq fikirləri vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi