Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi qanuna zidd və yorverilməzdir mövzusunda tədbir keçirildi

 Məktəbin yuxarı sinif şagirdlərinin iştirakı  ilə “Narkotik və psixotrop maddələrin qanunsuz  dövriyyəsi  qanuna zidd  və  yorverilməzdir”  mövzusunda tədbir keçirildi.

Tədbirdə Bakı Şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə  Mübarizə İdarəsinin Baş Əməliyyat  müvəkkili  polkovnik –leytenant Şirəli Babayev  iştirak etdi.  Ş.Babayev şagirdlər qarşısında çıxış edərək Narkotik və psixotrop maddələrin istifadəsinin qanunla qadağan edildiyini  və bu tipli  zərərli vərdişlərin insan həyatında çox acınacaqlı halların baş verməsinə səbəb ola biləcəyini vurğuladı.O, qeyd etdi ki, narkotik və psixotrop  maddələrə  meyil etmək həmin istifadəçilərdə ilkin olaraq psixoloji  asılılıq,sonrakı mərhələdə isə fiziki asılılıq yaradır ki, bu da  son nəticədə insanın   sağlamlığında  çox ciddi problemlər törədir, eyni zamanda həmin insanlar cəmiyyət üçün təhlükəli varlıqlara çevrilir.

Tədbirin sonunda polkovnik-leytenant  Şirəli  Babayev şagirdləri  maraqlandıran suallara cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi