Heydər Əliyev irsinin öyrənilməsinə dair 257 nömrəli tam orta məktəbin XI sinif şagirdləri ilə 221 nömrəli tam orta məktəbdə görüş keçirildi

17.01.2018-ci il tarixdə məktəbdə  Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar   257 nömrəli tam orta məktəbin XI sinif  şagirdləri və müəllimlərlə görüş keçirildi.Görüşdə 221 nömrəli tam orta  məktəbin direktoru Fikrət Xəlilov,257 nömrəli tam orta məktəbin direktoru Qarat Qaratov və direktor müavini Yeganə Məhərrəmova “Heydər Əliyev və Təhsil siyasəti” mövzusunda çıxış etdilər. Yeganə Məhərrəmova  çıxışında qeyd etdi ki,

Azərbaycanda da elm və təhsil həmişə ulu öndər  Heydər Əliyevin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi qayğı hazırda prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  ölkədə elm və təhsilin inkişafı baxımından əhəmiyyətli dövlət proqramları sayılır. Bundan başqa prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında strateji hədəflərdən biri də müasir təhsil sisteminin formalaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi