Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar görüş keçirildi.

Məktəbdə 12.01.2018-ci il tarixdə  Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar   63 nömrəli tam orta məktəbin rəhbərliyi və XI sinif  şagirdləri görüş keçirildi. Görüşdə 221 nömrəli tam orta məktəbin direktoru Fikrət Xəlilov və 63 nömrəli tam orta məktəbin direktoru Cavanşir  Tarverdiyev  “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda çıxış etdi.

Heydər Əliyevin  demokratik, hüquqi, dünyəvi və unitar dövlət  quruculuğu  sahəsindəki  xidmətləri, eyni zamanda dövlətin müstəqilliyinin,suverenliyinin  və  ərazi bütövlüyünün qorunması,vətəndaş cəmiyyətinin bərqarar olması və qanunların aliliyinin təmin edilməsi üçün Azərbaycan xalqı qarşısındakı  əvəzsiz xidmətləri şagirdlərin nəzərinə çatdırıldı.

Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərdə, xüsusilə xalqın təkidi ilə ikinci dəfə ölkəyə rəhbərliyi zamanı çətinliklərlə dolu bir şəraitdə uzaqgörənliklə, zəngin dövlətçilik bacarığı ilə yerinə yetirdiyi böyük missiya barədə konkret məlumatları sonsuz maraqla dinləyiblər. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə gərgin ictimai-siyasi vəziyyətin hökm sürdüyü, iqtisadiyyatın tənəzzülə uğradığı, inflyasiya, işsizlik, başıpozuqluq, siyasi iflas şəraitində 1993-cü ilin iyununda hakimiyyətə gələn böyük xilaskar hər cür çətinlikləri məharətlə dəf edərək atəşkəsə nail oldu, ölkədə siyasi sabitliyi bərpa etdi, iqtisadiyyatı dirçəliş yoluna çıxardı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Ümummilli Liderin əvəzsiz xidmətləri bu dahi şəxsiyyəti hər kəsin qəlbində əbədiyaşar bir rəhbərə çevirdi.

  Görüşün sonunda  ulu öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümaiş etdirildi.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi