ADA Universitetinə ekskursiya

Məktəbin İnformatika müəllimi İlahə Həmidova ötən il ADA Universitetində informatikadan “Açıq Panel”layihəsinin müzakirəsində,bu il isə dünyada ilk proqramist qadın Ada Lavleysin şərəfinə keçirilmiş konfransda iştirak etmişdir.Tədbirlər zamanı ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Şəbnəm Qəhrəmanovadan yuxarı sinif şagirdlərinin ADA Universiteti ilə tanışlığı üçün dəvət almışdır.25 may 2017-ci il tarixdə məktəbin X və XI siniflərində təhsil alan bir qurup əlaçı şagirdlər, İlahə Həmidovanın rəhbərliyi ilə ADA Universitetində olmuş,Universitetin tələbələri və müəllimləri ilə görüşmüşlər.Görüşdə Kompüter mühəndisliyi ixtisası üzrə Cənubi Koreyada bakalavr və ABŞ-da həmin ixtisas üzrə magistratura təhsili almış, ADA Universitetinin müəllimi Emil Abbasov Universitet və universitetdə fəaliyyət göstərən fakultələr və məzunlara verilən ixtisaslar barədə şagirdlərə ətraflı məlumat vermiş,şagirdləri maraqlandıran sualları cavablandırmişdır.Görüşün əsas məqsədi şagirdləri Ali məktəblərə qəbul zamanı ixtisas seçimi barədə maarifləndirmək olmuşdur.Görüşün sonunda məktəbin aşağı sinif şagirdlərinin texnologiya dərsində hazırladıqları əl işləri Universitetə hədiyyə edilmişdir.Şagirdlər bu görüşdən çox razı qaldıqlarını,bəzi şagirdlərin isə ADA Univesitetində təhsil almaq arzusunda olduqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi