Bakı şəhər məktəbləri arasında "Voleybol (oğlanlar) üzrə" turnir keçirildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə layihəsi əsasında keçirilən Bakı Şəhər məktəbliləri arasında voleybol (oğlanlar) üzrə turnirdə məktəbin yığma komandası II yeri tutmuşdur.Bu uğura komanda məktəbin Fiziki tərbiyə müəllimi İlham Musayevin və şagirdlərin səyi nəticəsində nail olunmuşdur.Komanda məşqçisi İlham Musayev və şagirdlər diplom və medallarla mükafatlandırılmışdır.Məktəbin direktoru komanda iştirakçılarını və Fiziki tərbiyə müəllimi İlham Musayevi təbrik edib,uğurlarının davamlı olmasını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi