“Qələbəyə gedən yol”

Məktəbdə şagirdlərə hərbi vətən pətvərlik tərbiyəsinin aşılanması məqsədi ilə “Qələbəyə aparan yol"mövzusunda məktəbin GÇH rəhbəri Rəşad Bədəlovun hazırladığı tədbir keçirildi. Tədbir 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdu. Tədbirdə məktəbin şagirdlərinin həmin döyüş səhnələrini əks etdirən çıxışları,söylədikləri vətənpərvəlik ruhlu şeirləri müəllim və şagird kollektivi tərəfindən rəğbətlə qarşılandı. Aprel döyüşlərinə aid video görüntülər nümayiş etdirildi,həmin dövrdə ölkə prezidenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin qələbəyə aparan yolun başlanğıcı olduğu fikri bir daha vurğulandı.Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan əsgər və zabitlərinin hər birinin foto şəkilləri nümayiş etdirildi və onların əziz xatirəsi hörmətlə yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi