"Xocalını unutma"

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu baxımdan xalqın tarixinə unudulmaz bir faciə olaraq yazılan bu soyqırımı gənc nəslə aşılamaq, qanlı keçmişi unutmamaq,gələcək nəsillərə düzgün ötürmək üçün məktəbimizin 9-cu sinif şagirdləri “Xocalını unutma” mövzusunda tədbir keçirtdilər.Tədbirdə şagirdlər o dövrlərdə baş vermiş hadisələri sanki yaşamışcasına canlandırdılar.Tədbirin sonun da məktəb rəhbərliyi şagirdlərə göstərdiyi diqqətə və marağa görə minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi