“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

Məktəbin strateji fəaliyyət planına uyğun olaraq 17.02.2017-ci il tarixdə yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək mövzusunda" tədbir keçirildi. Məktəbin direktoru F.M.Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı. ”Narkomaniyaya qarşı mübarizənin” əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir.Bu səbəbdən sağlam həyat tərzi ilə bağlı mühazirələrlə və müzakirələrlə, insanların maarifləndirilməsinə ehtiyac var.Bunu nəzrə alaraq Rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev və RPİ-nin əməkdaşları İdris Məhərrəmov və Günel Həsənova çıxış edərək narkomaniya və narkobizneslə beynəlxalq mübarizənin tarixi köklərindən və hüquqi əsaslarından danışıb və ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs etdi. Eyni zamanda Narkoloji Mərkəzin direktor müavini Bilal Əsədov ,Rayon Veteranlar Şurasının sədri Nazim Xıdırov və başqaları tədbirdə iştirak edərək gənclərə bu pis vərdişdən uzaq durmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi